AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU VƏ REGİONLARIN İNKİŞAFI İCTİMAİ BİRLİYİNİN BİRGƏ LAYİHƏSİ
AZ EN RU
Video
  2003
Video
  2008-2009
2006
2009
Avqust 2011

Avqust ayında Şəmkir şəhər yerində IV qazıntı sahəsində Narınqalanın şimal divarının, ondan 10,7 m cənubda yerləşən qəsr divarının tədqiqi davam etdirilmiş, Narınqalanın şimal-şərq bürcünə birləşən şəhristanın bürcündə konservasiya işləri görülmüşdür.

ətraflı
İyul 2011

2011-ci ilin iyul ayında Şəmkir şəhər yerində arxeoloji qazıntıların miqyası daha da genişləndirilmiş, Narınqalanın şimal-şərqində, IV qazıntı sahəsinin yeni kvadratlarında Narınqalanın şimal divarının içəri tərəfdən təmizlənərək öyrənilməsinə, eləcədə ondan 10,7 m cənubda yerləşən, monumental binanı dövrələyən qəsrin şimal divarının tədqiqinə başlanılıb.

ətraflı
İyun 2011

2011-ci ilin iyun ayunda Şəmkir şəhər yerində arxeoloji qazıntı işləri Narınqalada, IV qazıntı sahəsinin yeni kvadratlarında aparılıb. Bu sahənin digər kvadratlarında olduğu kimi, yeni kvadratlarda da üst mədəni təbəqə XIX əsrə aiddir. Onun qalınlığı 25-30 sm-dən 80 sm-ə qədərdir.

ətraflı
May 2011

2011-ci ilin may ayında Şəmkir şəhər yerində arxeoloji qazıntı işləri VI qazıntı sahəsində davam etdirilmiş, Narınqalanın içərisində, onun şimal-şərq sektorunda, IV qazıntı sahəsində tədqiqatlara yenidən başlanılmışdır. VI qazıntı sahəsində IX-X əsrlərə aid inşaat qatı tədqiq edilmiş, təsərrüfat quyuları, ocaq qalıqları, tikinti qalıqları və s. aşkar edilmişdir.

ətraflı
Aprel 2011

Şəmkir şəhər yerində 2011-ci ilin aprelində arxeoloji işlər VI qazıntı sahəsində aparılıb. IX-X əsrlərin tikinti qalıqları, təndirlər, XII əsrin mühəndis qurğusu aşkarlanaraq öyrənilmişdir. İlk növbədə kanalizasiya qurğusu diqqəti çəkir.

ətraflı
<< 1 2 3 4 5 6 >>